“Kəpəz” iki futbolçusu ilə peşəkar müqavilə imzalayıb

“Kəpəz” akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılovla peşəkar müqavilə imzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu ilə anlaşmanın müddəti 2029-cu ilin yayına qədər nəzrdə tutulub.

16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçidir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button