
“Kəpəz” 6500 manat cərimə olundu
“Kəpəz” klubu cərimələnib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna Misli Premyer Liqasının 25-ci turunda “Qarabağ”la matçdan sonra meydana kənar şəxslərin daxil olması səbəb olub.
Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün Gəncə təmsilçisi 6 500 manat ziyana düşüb.
“Kəpəz” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



