“Kənardan gələn bütün səslər sadəcə səs-küydür” – “Liverpul”un kapitanı

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Dayk tənqidlərə münasibətindən danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu özünü yaxşı hisss etdiyini bildirib:

“Keçən mövsüm o qədər də xoş olmayan anlar, yaxşı və pis oyunlar yaşadım. Mən çox yüksək standartlara riayət edirdim və nəsə səhv gedəndə bir növ problem yaranır. İndi özümü fiziki və psixoloji cəhətdən yaxşı hiss edirəm, önəmli olduğumu hiss edirəm. Mənim üçün ən önəmlisi komanda yoldaşlarımın və baş məşqçinin münasibətidir. Kənardan gələn bütün səslər, istər çox yaxşı, istərsə də çox pis, sadəcə kənardan gələn səs-küydür. Bununla bağlı edə biləcəyiniz heç bir şey yoxdur”.

Niderlandlı müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 10 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button