
“Kəpəz” qapıçısı ilə vidalaşdı
“Kəpəz” klubu Məmməd Hüseynovla yolları ayırıb.
Bu barədə Komanda.az-a Gəncə təmsilçisindən bildirilib.
Futbolçunun klubla müddəti başa çatan müqaviləsi yenilənməyib.
2024-cü ilin yayında “Kəpəz”ə qoşulan 27 yaşlı qapıçı ötən mövsüm Azərbaycan Premyer Liqasında 7 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



