
La Liqa klubu Ter Ştegenin transferində israrlıdır
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandasını dəyişməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
33 yaşlı qolkiperin yeni ünvanı İspaniyanın digər təmsilçisi – “Jirona” ola bilər. Klub əsas heyətdə yerini itirmiş Ter Ştegenin transferində ciddi şəkildə maraqlıdır və tərəflər arasında razılaşma yanvar transfer pəncərəsində baş tuta bilər.
Almaniyalı futbolçu 2014-cü ilin yayından etibarən “Barselona”nın şərəfini qoruyur. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



