Avropa çempionatı: Azərbaycan millisinin heyəti açıqlandı

İyunun 28-dən iyulun 4-dək Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı keçiriləcək.

Komanda.az xəbər verir ki, qitə birinciliyində iştirak edəcək sərbəst güləş üzrə Azərbaycam millisi bu gün Almaniyaya yollanıb. Heyətdə gənclərdən ibarət yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Murad Haqverdiyev (57 kq), Kənan Heybətov (61 kq), Sabir Cəfərov (65 kq), Turan Bayramov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fuad Mayılov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Zəfər Əliyev (97 kq) və Aydın Əhmədov (125 kq) yer alıb.

Yarışın proqramına əsasən, sabah sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Ertəsi gün – ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İkinci yarış günündə isə 61, 74, 86, 92 və 125 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Beynəlxalq dərəcəli hakim İntiqam Alıyev Avropa çempionatında ədaləti qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button