AÇ-2020: İtaliya – Türkiyə matçının hakimləri məlum oldu

İyunun 11-də start götürəcək AÇ-2020-nin Türkiyə və İtaliya milli komandaları arasında keçiriləcək açılış matçının təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Romada keçiriləcək görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Danni Makkeli olacaq. Ona yan xətt hakimləri Hessel Steeqstra və Yan de Vris kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə fransalı qadın referi Stefan Frappart yerinə yetirəcək.

İyunun 11-də, İtaliyanın Roma şəhərindəki “Olimpiko” stadionunda keçiriləcək İtaliya – Türkiyə matçı saat 23:00-da start götürəcək.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.