İtaliya klubu Lloris üçün danışıqlara başlayıb

“Tottenhem”in qapıçısı Uqo Llorisin karyerasını davam etdirmək üçün bir neçə variantı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Latsio” klubu onun xidmətində maraqlıdır. Llorisin özü də İtaliya klubuna keçməyin əleyhinə deyil.

“Tottenhem”in qapıçını az məbləğ qarşılığında buraxacağı gözlənilir. Artıq danışıqlara başlanılıb.

Həmçinin, Tibo Kurtuanın zədələnməsindən sonra Llorisin xidməti “Real”a da təklif edilib. Lakin Madrid klubunun siyahısında daha yüksək səviyyəli hesab edilən qapıçılar var.

36 yaşlı Lloris ötən mövsüm “Tottenhem”in heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 45 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button