Mourinyonun əvəzinə Sarri?

İtalyan mütəxəssis Mauristio Sarri yeni mövsümdə İngiltərədə çalışa bilər.

Komanda.az xəbər verir ki, 62 yaşlı mütəxəssis “Tottenhem”də baş məşqçi Joze Mourinyonu əvəzləyə bilər. Bu barədə “Rai Sports” nəşri məlumat yayıb.

“Tottenhem”də mövsümün sonunda Mourinyo ilə yollar ayrılacağı halda, bu posta əsas namizədlərdən birinin Sarri olduğu bildirilir. Sarri İngiltərədə daha əvvəl “Çelsi”ni çalışdırıb.

Mauritsio Sarri son olaraq İtaliyanın “Yuventus” komandasında baş məşqçilik edib. O, 2020-ci ilin yanvarından işsizdir.

“Tottenhem” hazırda Premyer Liqada 7-ci sıradadır. London klubunda mövsümün sonunda baş məşqçi Mourinyonun istefaya göndəriləcəyi gözlənilir.