“İtaliyaya qayıtmaq istəyirəm” – “Çelsi”nin futbolçusu

“Çelsi”nin futbolçusu Emerson Palmieri gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbutına istinadən xəbər verir ki, London klubunda kifayət qədər oynamamasından şikayətlənən 26 yaşlı futbolçu, yenidən A Seriyasında çıxış etmək istədiyini bildirib:

“Müxtəlif klublardan maraq var. İtaliyaya qayıtmaq istəyirəm. Bunun yanvarda, ya beş il sonra olacağını bilmirəm. Futbolda hər şey çox sürətlə dəyişir. Təəssüf ki, “Çelsi”də kifayət qədər şans qazanmıram. Başqa bir klubda hər şeyin daha yaxşı olacağını düşünürəm”.

İtaliyalı futbolçu cari mövsümdə Premyer Liqada meydana çıxmayıb. O, “Çelsi”yə “Roma”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button