Ronaldo qərarını dəyişdi

İtaliyanın “Yuventus” klubu futbolçusu Kriştiano Ronaldo ilə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi müqaviləsi 2022-ci ilin yayına qədər olan portuqaliyalı hücumçu ilə yeni sözləşmə imzalamayacaq. “Yuventus” Ronaldonun yüksək maaşı səbəbindən bu qərarı verib.

Daha əvvəl Ronaldonun maaşının azaldılmasına razı olduğu və klubla yeni müqavilə imzalayacağı iddia edilirdi.

Ronaldo 2018-ci ilin yayından “Yuventus”da çıxış edir.