İtaliya millisinin “sükan”ı ona tapşırıla bilər

“Napoli”nin sabiq çalışdırıcısı Luçano Spaletti İtaliya milli komandasının baş məşqçi postuna əsas namizəddir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası onunla iki illik müqavilə imzalaya bilər. Təyinat baş tutsa, onlar bunun üçün Neapol təmsilçisinə 3,2 milyon avro ödəməli olacaqlar.

Dünən Roberto Mançininin İtaliya milli komandasının baş məşqçi vəzifəsini tərk etdiyi ilə bağlı xəbər vermişdik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button