“Roma” baş məşqçi dəyişikliyinə hazırlaşır – namizədlər bilindi

İtaliyanın “Roma” klubu baş məşqçisi Paulo Fonseka ilə yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “Roma” rəhbərliyinin Fonsekanın işindən məmnun olmadığı bildirilib.

“Roma” Fonseka ilə yollarını ayırsa, komandanın baş məşqçi postuna namizədlər Massimiliano Alleqri və Mauritsio Sarridir.

“Roma” İtaliya A Seriyasında 4-cü sıradadır.