44 yaşlı Buffondan yeni rekord

İtaliyanın “Parma” klubunda çıxış edən Canluici Buffon yeni rekorda imza atıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı qapıçı B Seriyasında “Benevento”ya qarşı keçirilən oyunda (0:0) qapısını toxunulmaz saxlayıb. Bu, Buffonun karyerasındakı 500-cü “quru oyun”u olub. İtalyan futbolçu bu göstəriciyə çatan ilk qapıçıdır.

Buffon “Yuventus”da 322, “Parma”da 92, PSJ-də 9, İtaliya yığmasında isə 77 “quru oyun” keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button