“Napoli”nin baş məşqçisinin avtomobili oğurlandı

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Luçano Spalettinin avtomobili oğurlanıb.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Spalettinin “Fiat” markalı avtomobili qaldığı otelin parkinqindən oğurlanıb.

İtalyan mütəxəssis məsələylə bağlı polisə müraciət edib.

“Napoli” A Seriyasında 21 xalla liderdir.