“Mənə xəyanət etdilər”

İtaliyanın “Kalyari” klubundan ayrılan Raca Nainqqolan açıqlama verib.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi, İtaliya klubunun rəhbərliyinin ona xəyanət etdiyini deyib:

“Mənim üçün əsas seçim “Kalyari” idi. Karyeramı orda davam etdirmək üçün böyük pullardan imtina etmişdim. Kluba gəldim, ancaq heç kim yox idi.

Mənə xəyanət etdilər. Çox məyus oldum. Bu klub üçün çox təklifləri rədd etdim. Təəssüf ki, futbolda insanlar çox tez unudulur”.

Nainqqolan Belçikanın “Antverpen” klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button