“İnter” Martinesə qiymət qoydu

İtaliyanın “İnter” klubu futbolçusu Lautaro Martinesin transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “neradzurra”nın argentinalı hücumçu üçün 111 milyon avro tələb etdiyi bildirilib.

“İnter” Martinesi bu qiymətə satmağa hazırdır. 22 yaşlı hücumçu ilə “Barselona”, “Çelsi” və “Mançester Siti” yaxından maraqlanır.

“İnter”lə 2023-cü ilin yayına qədər müqaviləsi olan Martines, bu mövsüm A Seriyasında 22 oyunda 11 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button