“Fiorentina”nın yeni baş məşqçisi bilindi

İtaliyanın “Fiorentina” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin yeni çalışdırıcısı Cüzeppe Yakini olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yakini ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

56 yaşlı mütəxəssis baş məşqçi postunda dünən istefa verən Çezare Prandellini əvəzləyib. “Fiorentina” A Seriyasında 14-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button