Qattuzo İngiltərə klubu ilə razılaşdı

İtaliyanın “Fiorentina” klubu ilə yollarını ayıran Cennaro Qattuzo İngiltərədə çalışa bilər.

Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Tottenhem” klubu ilə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Qattuzonun London təmsilçisi ilə iki illik müqavilə imzalayacağı bildirilib.

Qattuzo “Tottenhem”də illik 2,5 milyon avro qazanacaq.

Ötən ayın sonunda “Fiorentina”ya baş məşqçi təyin olunan Qattuzo klub rəhbərliyi ilə fikir ayrılıqlarına görə dünən işindən ayrılıb.