Bombardir sıradan çıxdı

“Sassuolo”nun hücumçusu və komandanın ən yaxşı bombardiri Domeniko Berardi orta ağırlıqlı zədə səbəbilə 2025-ci ilin sonunadək meydana çıxa bilməyəcək.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidməti zədənin ciddi olduğunu təsdiqləyib.

Berardi “Komо” ilə matçın (A Seriyası) ikinci hissəsinin əvvəlində zədələnərək oyunu tərk etməyə məcbur olub. Komanda bu qarşılaşmada 0:2 hesabı ilə məğlub olub. İtaliyalı futbolçunun təxminən beş oyunu buraxacağı gözlənilir.

Baş məşqçi Fabio Qrosso bu müddətdə hücum xəttində yaranan boşluğu doldurmalı olacaq. Bununla belə, Berardinin 2026-cı ilin yanvarında “Yuventus”a qarşı keçiriləcək oyuna qədər sağalıb qayıdacağına ümid edilir.

31 yaşlı Berardi 2012-ci ildən “Sassuolo”nun formasını geyinir və İtaliya millisində 28 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button