İtaliyada yanvar ayının ən yaxşı baş məşqçisi məlum olub

“İnter”in çalışdırıcısı Simone İnzaqi İtaliya A Seriyasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, ötən ay “İnter” keçirdiyi hər 3 oyunda qalib gəlib. Milan klubu “Verona”nı 2:1, “Montsa”nı 5:1, “Fiorentina”nı 1:0 hesabı ilə məğlub edib.

“İnter” ölkə çempioatında 22 turdan sonra 54 xalla turnir cədvəlinə başçılıq edir.

İnzaqi oktyabr ayında da ən yaxşı məşqçi mükafatını qazanıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button