
“İtaliyada ən yaxşı futbolu “Yuventus” oynayır”
Belçikalı futbolçu Raca Nainqqolan, Luçano Spalletti və onun rəhbərlik etdiyi “Yuventus” barədə yüksək fikirlər səsləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Belçikanın “Patro Eisden” klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi, vaxtı ilə “Roma”da birgə çalışdığı Spallettini çox sevdiyini bildirib:
“Hazırkı baş məşqçi mövsümün əvvəlindən komandanın “sükanı arxasında” olsaydı, “Yuventus”un çıxışı xeyli daha uğurlu ola bilərdi. Spallettini çox sevirəm, onun oyun üslubuna, komanda ilə işinə və ünsiyyət tərzinə görə. Hazırda İtaliyada ən yaxşı futbolu məhz “Yuventus” oynayır. Spalletti mövsümün əvvəlindən komandanın başında olsaydı, indi “Yuventus” “İnter”lə birlikdə skudetto uğrunda mübarizə aparardı”.
Luçano Spalletti ötən il oktyabrın sonunda “Yuventus”un baş məşqçisi təyin olunub və bu postda İqor Tudoru əvəzləyib.
Bizi Facebook-da izləyin



