DÇ-2022: Mançini püşkü dəyərləndirdi

İtaliya yığmasının baş məşqçisi Roberto Mançini DÇ-2022-nin pley-off mərhələsində Şimali Makedoniyaya rəqib olmaları haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mançini, çətin püşk olduğunu deyib:

“Bizim üçün çətin olacaq. Şimali Makedoniya yaxşı komandadır. Onları məğlub etsək, final üçün bir oyunumuz qalır. Burda da rəqibimiz ya Türkiyə, ya da Portuqaliya olacaq. Bizi çətin oyunlar gözləyir”.