“Yuventus”un futbolçusu cərimələndi

İtaliya millisinin və “Yuventus” klubunun futbolçusu Federiko Bernardeski cərimələnib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə məxsus çimərlikdə qanunsuz işçilərin fəaliyyəti aşkarlanıb.

Polis həmin çimərliyin fəaliyyətini dayandırıb və Bernardeskini 40 min avro məbləğində cərimələyib.

Bernardeski 2017-ci ildən “Yuventus”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button