Buffon “Barselona”nın təklifini niyə rədd edib?

İtaliya milli komandasının və “Yuventus”un sabiq qapıçısı Canluici Buffon İspaniyanın “Barselona” klubundan təklif alıb.

Komanda.az “sport.es” saytına istinadən xəbər verir ki, 43 yaşlı qapıçı Kataloniya təmsilçisinin təklifini rədd edib. Buffon ona daha çox oyun vaxtı verəcək bir klubda çıxış etmək istəyir.

Karyerası ərzində İtaliyada “Parma”, “Yuventus” və Fransada PSJ-də çıxış edən Buffon hazırda azad agentdir.