AÇ-2020: “Biz yarımmüdafiəçilər onlara sonsuz dərəcədə inanırıq”

İtaliya milli komandasının futbolçusu Marko Verratti AÇ-2020-nin finalında İngiltərəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi, İngiltərə yığmasının finala layiq olduğunu deyib:

“İngiltərənin möhtəşəm heyəti var. Unutmayaq ki, turnirdə sadəcə bir qol buraxıblar. Balanslı və sabit komandadırlar. Düşünürəm ki, finala layiqdirlər.

Leonardo Bonuççi və Corco Kyellini? Onlar olan zaman özünüzü təhlükəsiz hiss edirsiz. Biz yarımmüdafiəçilər onlara sonsuz dərəcədə inanırıq. Buna görə də, yüksək səviyyədə rəqibə irəlidə təzyiq göstərməyi bacarırıq. Həm Corco, həm də Bonuççi ildən-ilə daha yaxşı olurlar”.

Sabah keçiriləcək İngiltərə – İtaliya matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button