AÇ-2020: Mançini İsveçrə üzərində qələbəni şərh etdi

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin qrup mərhələsinin ikinci turunda İsveçrəni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Mançini, 3:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“İsveçrə güclü komandadır və çətin olacağını bilirdik. İlk dəqiqələrdə çətinlik çəksək də, sonra tempi artıra bildik. Yorğun futbolçular var idi və sistemi dəyişmək məcburiyyətində qaldım. Uşaqlar yaxşı iş gördülər. Qələbəni koronavirusdan əziyyət çəkən İtaliyaya həsr edirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button