İtaliya klubundan 4,5 milyon avroluq transfer

İtaliyanın “Salernitana” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Spetsiya”dan Culio Maccioreni transfer edib.

24 yaşlı italiyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Salernitana” bu transfer üçün qarşı tərəfə 4.5 milyon avro ödəyib.

Culio Macciore “Spetsiya”nın öz yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində yalnız bu komandanın uğurları üçün çalışıb. O, sözügedən klubun əsas komandasında 188 oyunda 18 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Macciore İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.

Yeri gəlmişkən, “Spetsiya” digər yetirməsi Canluka Skremini də “İmoleze” klubuna satıb. Lakin bu transferin detalları açıqlanmır. İtaliyadan olan 19 yaşlı futbolçu müdafiənin sağ cinahında çıxış edir.

“Spetsiya” bu yay “Cenoa”dan transfer etdiyi Laurens Serpeni də “İmoleze”yə icarəyə verib. 21 yaşlı müdafiəçi mövsümün sonuna kimi bu komandada forma geyinəcək. İtalyan futbolçu daha öncə “Krotone”də də icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button