
“Real”ın qapıçısı İtaliya klubuna keçə bilər
“Real”ın qapıçısı Andrey Lunin yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Hazırda əsas heyətdə daimi yer almamasına baxmayaraq, ukraynalı qolkiper transfer bazarında diqqət mərkəzindədir və daha çox oyun praktikası qazana biləcəyi variantları nəzərdən keçirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Lunin əsas qapıçı statusu əldə edəcəyi kluba keçməkdə maraqlıdır. Onun xidmətinə xüsusilə, “İnter” ciddi şəkildə maraq göstərir.
Bununla belə, Madrid təmsilçisi 27 yaşlı futbolçunu asanlıqla buraxmaq niyyətində deyil. “Kral klubu” onun üçün təxminən 30 milyon avro tələb edir. Transferin reallaşıb-reallaşmayacağı isə “İnter”in bu maliyyə şərtlərini qarşılayıb-qarşılamayacağından asılı olacaq.
Lunin “Real”a 2018-ci ilin iyununda, 8,5 milyon avroya transfer olunub və madridlilərlə müddəti 6 il olan müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin



