
“Milan” niderlandlı müdafiəçiyə göz dikib
“Milan” yay transfer dövründə “Mançester Siti”nin müdafiəçisi Natan Akeni heyətinə qatmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya maraq ötən il də mövcud idi, ancaq tərəflər arasında razılıq əldə olunmamışdı.
“Qırmızı-qaralar”ın rəhbərliyi 2025/26 mövsümünün sonunda transfer danışıqlarını yenidən başlatmağı planlaşdırır.
Niderlandlı müdafiəçi 2020-ci ilin avqustundan “Mançester Siti”də çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



