İtaliya klubu Məhəmməd Salahı baxışa dəvət etdi

Danimarkanın “Linqbi” klubunun hücumçusu Məhəmməd Salah İtaliyanin A Seriyası komandalarından “Empoli”nin diqqət mərkəzinə düşüb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Empoli” 17 yaşlı danimarkalı futbolçunu bir həftəlik baxışa dəvət edib.

Salahın “Empoli”nin gənclər komandası ilə məşq edəcəyi və həftəsonu yoxlama görüşündə oynayacağı gözlənilir.

“Liverpul”un məşhur misirli hücumçusu Məhəmməd Salahın adaşı “Brondbü” (Danimarka) akademiyasının məzunudur.