20 xalı silindi, 500 min avro cərimə edildi

İtaliya Futbol Federasiyasının B seriyasında mübarizə aparan “Palermo”nu cəzalandıraraq, C Seriyasına göndərdiyi xəbərini vermişdik.

Komanda.az xəbər verir ki, maliyyə qaydalarını pozmaqda ittiham edilən “Palermo” bu qərara etiraz edərək, Federal Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin araşdırmalarından sonra “Palermo”nun cəzası ləğv edilib və klub növbəti mövsümdən İtaliya B Seriyasında mübarizə aparmaq hüququ qazanıb. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Məhkəmənin qərarı ilə “Palermo” klubunun geridə qalan mövsümdəki 20 xalı silinib. Bununla yanaşı, kluba 500 min avro pul cəzası verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button