
“İtaliya çempionatını çox maraqlı, izlənilə bilən hesab edirəm”
Sabiq qapıçı Canluici Buffon İtaliya A Seriyasının bu mövsümündən həzz aldığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu liqanı “olduqca izlənilə bilən” adlandırıb:
“Bu çempionatı çox maraqlı, izlənilə bilən hesab edirəm. Düşünürəm ki, oyunçularımızın, eləcə də məşqçilərimizin səviyyəsi artır və hörmətə layiqdir”.
“İnter” turnir cədvəlinə “Milan”dan üç xallıq fərqlə liderlik edir, “Napoli” isə ilk üçlüyü tamamlayır. Bu üç komanda son beş ildə bütün çempionluqları qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



