“İnter”in “qol silahı” cəzalandırıldı – “Milan”la oyunu buraxacaq

İtaliya A Seriyasının 21-ci turunun “Kalyari” ilə matçında (1:1) qırmızı vərəqə alan “İnter”in futbolçusu Lautaro Martinesin cəzası məlum olub.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu 2 oyunluq diskvalifikasiya olunub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. O, “Kalyari” ilə matçın 90+4-cü dəqiqəsində hakimə qarşı sərt davrandığı üçün meydandan qovulmuşdu.

Martines “İnter”in A Seriyasında fevralın 2-də “Udineze” və 10-da “Milan”la qarşılaşacağı oyunları buraxmalı olacaq.

22 yaşlı hücumçu bu mövsüm A Seriyasında 20 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button