
İsveç millisindən baş məşqçi ilə bağlı rəsmi qərar
İngiltərəli mütəxəssis Qrem Potter İsveç millisinin baş məşqçisi vəzifəsində qalmağa davam edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveç Futbol Federasiyaları Assosiasiyası 50 yaşlı çalışdırıcı ilə müqavilənin müddətinin uzadıldığını açıqlayıb. Yeni anlaşma 2030-cu ildə keçiriləcək dünya çempionatının sonuna qədər qüvvədə olacaq.
Potter ötən ilin payızında İsveç millisinin baş məşqçisi təyin edilib. Komanda onun rəhbərliyi altında hələ qələbə qazana bilməyib.
İsveç millisi martın 26-da, DÇ-2026-nın pley-off mərhələsinin ilk oyununda Ukrayna yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



