Daha 4 il “Real”da

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres yenidən bu vəzifəyə seçilib.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 75 yaşlı funksioner seçkilərdə rəqib olmadığı üçün avtomatik prezident seçilib. Peres, 2025-ci ilə qədər “Real”ın prezidenti olacaq.

Peres 2009-cu ildən “Real”ın prezidentidir.