“Real”ın keçmiş prezidenti koronavirusa görə reanimasiyalıq oldu

İspaniyanın “Real” klubunun keçmiş prezidenti Lorenso Şans koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, 76 yaşlı keçmiş funksionerin koronavirus testi müsbət çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Əvvəlcə karantinə alınan Şansın vəziyyəti ağırdır və hazırda reanimasiyadadır.

Lorenso Şans 1995-2000-ci illər aralığında “Real”ın prezidenti olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button