“Real” Modriçlə müqavilənin müddətini artırdı – rəsmi

İspaniyanın “Real” klubu futbolçusu Luka Modriçin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Modriçlə müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.

2012-ci ilin avqustundan “Real”da çıxış edən yarımmüdafiəçinin əvvəlki müqaviləsi bu ilin iyununun sonuna qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button