2018/19 mövsümünün ən pis 11-liyi FOTO

İspaniyanın “Marca” nəşri 2018/19 futbol mövsümünün ən pis 11-liyini açıqlayıb.

Komanda.az xəbər verir ki, heyətdə ötən mövsümü “Barselona”da keçirən Filippe Koutinyo da yer alıb:

Qapıçı: Loris Karius (“Beşiktaş”);

Müdafiəçilər: Leven Kurzava (PSJ), Şkodran Mustafi (“Arsenal”), Fil Cons (“Mançester Yunayted”), Stefan Lixtştayner (“Auqsburq”, ötən mövsüm “Arsenal”);

Yarımmüdafiəçilər: Filippe Koutinyo (“Bavariya”, ötən mövsüm “Barselona”), Renato Sançes (“Bavariya”), Fred (“Mançester Yunayted”);

Hücumçular: Aleksis Sançes (“İnter”, ötən mövsüm “Mançester Yunayted”), Xavyer Pastore (“Roma”), Kvinsi Promes (“Ayaks”, ötən mövsüm “Sevilya”).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button