“Barselona” qışda futbolçu alacaq?

İspaniyanın “Barselona” klubu qışda heyətinə yeni futbolçu qatmaya bilər.

Komanda.az xəbər verir ki, bu barədə klubun direktoru Matue Alemani “Goal” nəşrinə açıqlamasında deyib. O, klubun maliyyə vəziyyətinin yaxşı olmaması səbəbindən yanvarda transfer etməyə biləcəklərini bildirib:

“Klubun maliyyə durumu yaxşı deyil. Eyni zamanda, komandanın heyətini də gücləndirmək lazımdır. Hələ ki, yeni transfer etmək üçün maliyyəmiz yoxdur, amma bunun üzərində çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button