“Barselona” Busketsə əvəzləyici axtarır – namizədlər

İspaniyanın “Barselona” klubu futbolçusu Serxio Busketsə əvəzləyici axtarır.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. “Barselona” rəhbərliyi 32 yaşlı Busketsin bir neçə ildən sonra karyerasını bitirəcəyi ehtimalına görə, bu mövqeyə indidən futbolçu axtarır.

“Barselona”da Busketsin əvəzləyicisi olmağa namizədlər “Sassuolo”dan Manuel Lokatelli, “Renn”dən Eduardo Kamavinqa və “Real Sosyedad”dan Mikel Merinodur.

2008-ci ildən “Barselona”da çıxış edən Busketsin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button