Suares üçün Premyer Liqa variantı

İspaniyanın “Atletiko” klubundan ayrılacağı gözlənilən Luis Suares karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə ispan jurnalist Jerar Romero “tvitter” hesabında paylaşım edib. O, uruqvaylı futbolçunun “Aston Villa”ya keçə biləcəyini deyib.

“Aston Villa”nı Suaresin “Liverpul” klubundan keçmiş komanda yoldaşı olan Stiven Cerrard çalışdırır. 34 yaşlı hücumçu yeni mövsümdə Cerrardın komandasında olmağa müsbət yanaşır.

“Atletiko” ilə müqaviləsi mövsümün sonuna qədər olan Suares 2014-2020-ci illərdə “Liverpul”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button