La Liqa klubu məvacibləri azaldır – ikinci dəfə

İspaniyanın “Atletik” klubu bu mövsüm ikinci dəfə futbolçularının məvacibini azaldacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, artıq klub rəhbərliyi ilə futbolçular arasında razılıq əldə olunduğu bildirilib. “Atletik”də maaşların azaldılmasına səbəb koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləridir.

“Atletik”də mövsümün əvvəlində də futbolçuların maaşları azaldılmışdı. Baskoniya təmsilçisi hazırda La Liqada 10-cu sıradadır.