Onu nə “Real” istəyir, nə də “Çelsi”

“Çelsi”yə məxsus olan, “Real”da icarə əsasında çıxış edən qapıçı Kepa Arrisabalaqa gələn mövsüm karyerasını harada davam etdirəcəyini hələ də bilmir. 

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “zadəganlar” həftədə 160 min avro qazanan Arrisabalaqanı komandada istəmir. Bu səbəbdən, 29 yaşlı futbolçu özünə yeni komanda axtarmalı olacaq. 

“Real” Arrisabalaqanı birdəfəlik transfer etməmək qərarına gəlib. Buna səbəb, Kepanın mövsümə əvəzedici kimi başlayan ukraynalı qapıçı Andrey Luninə rəqabətdə məğlub olmasıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button