“Mançester Yunayted”də yeni rekordçu

İspaniyalı qapıçı David de Xea “Mançester Yunayted” klubunun tarixinə düşüb.

Komanda.az xəbər verir ki, 29 yaşlı qolkiper Premyer Liqanın 34-cü turunun “Aston Villa” ilə matçında iştirak edərək (3:0), “qırmızı şeytanlar”dakı oyun sayını 399-a çatdırıb. De Xea bununla da, klub tarixində ən çox oyun keçirən legioner qapıçı olub.

Bundan əvvəlki rekord MY-nin sabiq qapıçısı Kasper Şmeyxelə aid idi.

De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button