
“Hər kəs milli komandada oynamaq istəyir”
“Barselona”nın qapıçısı Juan Qarsiya 2026-cı il dünya çempionatından əvvəl İspaniya millisində yer almaq ehtimalından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı qolkiper bunu deyib:
“Mənim məqsədim bu deyil. Məqsədim “Barselona”nın hər matçında daha yaxşı oynamaqdır. Amma təbii ki, hər kəs milli komandada oynamaq istəyir və bu baş verərsə, məmnun olaram”.
24 yaşlı futbolçu “Barselona”da “bir nömrəli” oyunçu hesab olunmasına baxmayaraq, hələ də İspaniya millisində oynamayıb. O, ötən il “Espanyol”dan “Barselona”ya transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



