
Kabo-Verde millisi sabiq futbolçunu təəccübləndirib
İspaniya millisinin sabiq hücumçusu David Vilya komandanın 2026-cı il dünya çempionatının ilk turunda Kabo-Verde yığması ilə qolsuz heç-heçəsini dəyərləndirib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, açıqlamasında İspaniya millisinin qələbəyə daha yaxın tərəf olduğunu bildirib:
“Kabo-Verde yığmasının müdafiəsi bizi təəccübləndirdi. Onlar oyuna çox yaxşı başladılar və ilk dəqiqələrdə bizə imkan vermədilər. Daha sonra qol vəziyyətləri yaratdıq, lakin rəqib qapıçı bir neçə möhtəşəm seyv etdi. Düşünürəm ki, İspaniya millisi qalib gəlməyə layiq idi. Böyük hesabla olmasa da, qələbəni haqq edən tərəf onlar idi. Belə hallarda rəqibin müdafiəsinə və xüsusilə, qapıçısına haqqını vermək lazımdır. Amma bu, dünya çempionatının ilk oyunudur və turnir hələ yeni başlayır”.
Bizi Facebook-da izləyin



