İspaniya millisi daha iki oyuna baş məşqçisiz çıxacaq

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis Enrike yığmadakı işinə fasilə verib.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının nümayəndəsi Joze Fransisko Molina məlumat verib.

O, 49 yaşlı mütəxəssisin ailəsindəki ciddi problemlər səbəbindən hazırda yığmanın düşərgəsinə qatıla bilmədiyini açıqlayıb. Molina AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Farer adaları və İsveçlə matçlarda Enrikenin komandanın başında olmayacağını söyləyib. Millini bu görüşlərə baş məşqçi köməkçisi Roberto Moreno çıxaracaq.

Qurum rəsmisi bildirib ki, federasiya Enrikenin bu çətin dönəmində onun yanındadır və müqaviləyə sadiqdi.

Enrikenin 26 martdan indiyə kimi yığmadakı işinə fasilə verdiyi, ailəsinin yanında olduğunu bildirilir. Sözügedən mütəxəssis həmin gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində baş tutan Malta ilə səfər oyunu öncəsi komandanın düşərgəsini tərk edərək, Barselonaya qayıtmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button