La Liqada ötən mövsümün ən yaxşı futbolçusu açıqlandı

İspaniya La Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Atletiko”nun qapıçısı Yan Oblakdır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Oblak La Liqada ötən mövsüm 38 oyunda 25 qol buraxıb, 18 matçda isə “çərçivə”ni toxunulmaz saxlayıb.

“Atletiko” La Liqada 2020/21 mövsümünün qalibi olub.