Kuman: “Nəticə meydanda baş verənləri əks etdirmir”

İspaniya kubokunun yarımfinal mərhələsinin ilk matçında “Sevilya”ya uduzan “Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, 0:2 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“Düşünürəm ki, yaxşı nəticə qazanmağa layiq idik. Yaxşı oynadıq və qol vurmaq üçün kifayət qədər şanslarımız oldu. Nəticə meydanda baş verənləri əks etdirmir.

Cavab oyununda yaxşı nəticə qazanmağa çalışacağıq. Bu oyunu təhlil etməliyik. “Sevilya” ilə cavab matçından əvvəl daha vacib qarşılaşmalarımız var. Qrafikimiz sıx olduğu üçün uşaqlar da tez yorulurlar. Hazırda üstünlük “Sevilya”da olsa da, cavab matçında cütün taleyini xeyrimizə həll etməyə çalışacaq. Çətin olsa da, ümid var”.

“Barselona” – “Sevilya” matçı martın 3-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button